“Sürix”in futbolçusu: “Qarabağ”la cavab matçı fərqli olacaq”

44

“Cavab matçı fərqli olacaq. Bu dəfə evdə oynayacağıq və böyük inamla meydana çıxacağıq”.

Elchi.az-ın məlumatına görə, bunu İsveçrənin “Sürix” klubunun futbolçusu Blerim Cemayli “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə “Blick” nəşrinə açıqlamasında deyib.

36 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının təsnifat mərhələsinin həmişə ağıllarında olduğunu bildirib: “Komandamızda bu turnirdə çıxış etməyən oyunçular çoxdur. Qrup mərhələsinə vəsiqə qazanmaq hər kəsin arzusudur”.

Cemayli bu səbəbdən ölkə çempionatını hələlik ikinci plana atmalarının normal hal olduğunu söyləyib.

Qeyd edək ki, iyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. “Sürix” İsveçrə çempionatının I turunda “Yanq Boyz”a 0:4 hesabı ilə uduzub, II turda isə “Lütsern”lə qolsuz bərabərə qalıb.