İsveçrənin “Sürix” komandası “Qarabağ”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün Bakıya gəlib.
Elchi.az-ın məlumatına görə, rəqib kollektiv ötən gün axşam saatlarında Azərbaycana çatıb.
Paytaxtdakı otellərdən birində qərarlaşan komanda bu gün səhər yeməyindən sonra qısa şəhər gəzintisinə də çıxıb.
Saat 17:30-da İsveçrə çempionunun baş məşqçisi Franko Fodanın mətbuat konfransı, saat 18:00-da isə komandanın media üçün açıq məşqi olacaq.
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.