Güclü dövlətin olması hələ korrupsiyanın olmamasına təminat vermir və güclü dövlət idarəçiliyinə malik olan bir çox ölkələrdə güclü korrupsiya vardır. Cəmiyyət güclü olanda və güclü dövlətlə yanaşı cəmiyyətin özü bü təzahürə qarşı mübarizə aparanda korrupsiya zəifləyir.
Sumqayıt şəhər 45 saylı xəstəxana təmir məqsədi ilə Sumqayıt şəhər 1 saylı xəstəxanaya köçürülüb. Lakin bü günləri təmirə ehtiyacı olan xəstəxanın mənəvi təmizliyinə də ehtiyacı var . Rüşvətxorluq, qanunsuzluq baş alıb gedən Sumqayıt şəhər 1 saylı xəstəxanasında doğuşa gələn xəstələrdən rüşvət almaq artıq iş üsuluna çevrilib.
Maraqlıdır ki, xəstəxananın baş həkimi İmmi Ələkbərova sözü gedən xəstəxanada rüşvətin tügyan etməsinə göz yumur. Hətta iş o yerə çatıb ki, döğum şöbəsinin girişində xəstəni görmək üçün müxtəlif qiymətlər tələb edilir. Daxil olan məlumatlara aydınlıq gətirmək üçün Azerinews.tv-nin əməkdaşları xəstəxanada olub. Əməkdaşlarımızin xəstəxanada vətəndaşlardan öyrəndikləri məlumata görə, doğuş həkimləri xəstələrə müəyyən tariflər tutublar. Bunlardan biri də xəstəxananın şöbə müdiri Natiq Əliyevin xəstələrdən 400 manat pul yığmasıdır.
Elə bu səbəndən də əməkdaşımız Natiq həkimə xəstəsi olduğunu bildirib. Jurnalisti xəstə sahibi zənn edən Natiq həkim bildirib ki, imaknınız yoxdursa 150 manat verə bilərsiz. Əks halda müalicə yarımçıq qalacaq. Qalan borcu isə hissə-hissə ödəyə biləcəyini də Natiq adlı həkim gizlətməyib.
Bundan sonra sözü gedən xəstəxananın uşaq həkimi Fəridə adlı xanım əməkdaşlarımızın hər birindən müalicə üçün 50 manat rüşvət istəyib. Əks halda Fəridə xanım da digər həmkarları kimi müalicənin yarımçıq qalacağının qeyd edib.
Əməkdaşlarımız xəstəxananın girişindəki xəstələrin qohumları və valideyinlərini dinləyərkən onların səs yazılarını lentə alıblar. Xəstəxanya gəlmiş valideyinlərdən biri qeyd edir ki, bu ilin oktyabrın 10 da qızı Arzu doğuşda olub. Real xəstəxanasına gedib və orda ondan 1000 manat rüşvət istəyiblər. Sonradan dövlət xəstəxanasına üz tutan vətəndaşdan 500 manat pul istənilib. Xəstənin razılığı olmadan isə onu geysəriyyə əməliyyatı ediblər.
Digər şikayətçi Leyla Vəliyeva isə ondan da sözü gedən xəstəxanada 250 manat pul aldıqlarını, qızı Ramilə adlı qadının doğuşu çətin olduğu üçün həmin pulu həkimlər ondan zorla aldığını da gizlətməyib.
Mövzuya qayıdacağıq bizi izləyin.
SUMQAYIT ŞƏHƏR 45 SAYLI XƏSTƏXANA və ŞOK QİYMƏTLƏR