“Ermənistanın öz xoşuna sülhə razı olmasını fikirləşmək çox sadəlövh yanaşmadır”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
O, qeyd edib ki, Ermənistan adlı ərazinin erməni toplumu ilə məskunlaşdırılmasının ana fikri regionun stabilliyini pozmaq məqsədi üçündür:
“Burda yeni nəsə yoxdur. Bu, məlumun elanıdır. Bunları bildiyimiz halda inanmaq ki, Ermənistan hələ müharibədə məğlub olduğu bir durumda ürəkdən sülh istəyəcək, bu, ən azı siyasi səhv olardı.
Erməni əhalisinin bir hissəsi sülh istəyə bilər. Bu, az da olsa, əvvəllər də var idi. Müharibədən sonra isə belə fikirləşənlərin sayı xeyli artdı, amma bu, regionda erməni varlığının mahiyyətinə ziddir ki, ermənilər bundan sonra sülh içərisində yaşamaq istəyirlər. Ermənilər üçün konfliktsiz, düşmənçiliksiz həyat onların genetikasına uyğun gəlmir. Bu toplum müasir şəraitdə, sülh dövründə, bu regionda yox olub gedər. Bunu onlar da yaxşı başa düşür. Ona görə sülh barədə xəyalları bir kənara atmaq lazımdır. Sülhü ancaq Azərbaycan əsgərinin çəkmələri gətirə bilər. O çəkmələr ki, erməni əsgərinin başını əzə-əzə onları sakit dayanmağa məcbur edəcək.
Ermənistanın bu regionda spesifik vəzifələri var. Bu vəzifələri də ona diktə edən bir neçə mərkəz var. Bu mərkəzlər istəməyincə, Ermənistan sülhə razı ola bilməz. Ermənistan elə bir durumdadır ki, hansı tərəfə addım atsa, uçurumdan düşə bilər. Sadəcə fərq ondadır ki, bir halda uçurumdan düşmək onları ölümdən xilas edə bilər. Bu da Azərbaycanın köməyinə arxayın olsalar. Təbii ki, bu da onları qane etmir, amma “suda boğulan ilana sarılar” misalı, Azərbaycan ən azı Ermənistanı daha böyük ilanların əlindən qurtaracaq. Bu isə həyatda qalmağa şans deməkdir”.
Yeganə