Yaponiyanın keçmiş Baş naziri, sui-qəsd nəticəsində həlak olmuş Sindzo Abe ölümündən sonra ölkənin ən fəxri ali mükafatı olan “Xrizantem” (“Payız gülü”) ali ordeni ilə təltif olunacaq.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilir ki, bu barədə qərar ölkənin Nazirlər Kabinetinin iyulun 11-də keçirilmiş iclasında verilib.
Qeyd edək ki, 67 yaşlı keçmiş hökumət başçısı S. Abe iyulun 8-də Nara şəhərində seçki təşviqatı çərçivəsində çıxışı zamanı 41 yaşlı Tetsuya Yamaqami tərəfindən silahlı hücuma məruz qalaraq həlak olub.
Hadisəni törədən şəxs tutulub.
ABŞ-ın Fələstinə veto qoymasına Çinin sərt reaksiyası
Çin Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tam üzvlük müraciətinin ABŞ-ın vetosuna görə rədd edilməsinə reaksiya verərək, Yaxın Şərqdə daimi sülhün...