Sui-qəsd nəticəsində həlak olan Abe Yaponiyanın ən ali fəxri ordeni ilə təltif olunacaq

71

Yaponiyanın keçmiş Baş naziri, sui-qəsd nəticəsində həlak olmuş Sindzo Abe ölümündən sonra ölkənin ən fəxri ali mükafatı olan “Xrizantem” (“Payız gülü”) ali ordeni ilə təltif olunacaq.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilir ki, bu barədə qərar ölkənin Nazirlər Kabinetinin iyulun 11-də keçirilmiş iclasında verilib.
Qeyd edək ki, 67 yaşlı keçmiş hökumət başçısı S. Abe iyulun 8-də Nara şəhərində seçki təşviqatı çərçivəsində çıxışı zamanı 41 yaşlı Tetsuya Yamaqami tərəfindən silahlı hücuma məruz qalaraq həlak olub.
Hadisəni törədən şəxs tutulub.