Stoltenberq Çinə Rusiya ilə bağlı çağırış etdi

55

NATO-nun Baş katibi Yens Stoltenberq Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

Elchi.az xəbər verir ki, bu barədə Stoltenberq özünün “Twitter” hesabında məlumat yayıb.

Görüş BMT Baş Assambleyası çərçivəsində baş tutub.

Stoltenberq Çini Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə etməyə çağırıb.