Şri-Lanka prezidenti istefa ərizəsini imzalayıb

70

Şri-Lanka prezidenti Qotabai Rajapaksa istefa ərizəsini imzalayıb.
“Daily Mirror” xəbər verir ki, Prezident Qotabai Rajapaksa iyulun 11-də 13 iyul tarixli istefa ərizəsini imzalayaraq yüksək vəzifəli dövlət məmuruna təhvil verib.
Bildirilib ki, dövlət rəsmisi prezidentin istefa ərizəsini parlament sədri Mahinda Yapa Abeyvardenə təqdim edəcək və o, bu istefanı sabah, yəni iyulun 13-də xalqa açıqlayacaq.