Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 342 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza vaksin vurduranların sayı 1 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 272 nəfərdir.