Son sutkada cəmi 13 vaksin vurulub

67

Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 13 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a bildirilib ki, gün ərzində birinci doza üzrə vaksin vurulmayıb, ikinci doza vaksinlərin sayı 1, üç və daha çox doza vaksinlərin sayı 12, pozitiv nəticədən sonra “buster” doza vaksin vurulmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 781 min 770, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 359 min 466, ikinci mərhələ üzrə 4 milyon 855 min 347, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 316 min 498, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 250 min 459-dur.