Şolts və Zelenski Zaporojye ilə bağlı razılığa gəldi

63

Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Elchi.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Şoltsun Zelenski ilə Ukraynadakı hərbi, humanitar və iqtisadi vəziyyət, eləcə də yenidənqurma da daxil olmaqla daha konkret dəstək imkanları barədə fikir mübadiləsi apardığı bildirilib.

Kansler ölkəsinin Ukraynaya siyasi, maliyyə və humanitar, eləcə də hərbi dəstəkdən imtina etməyəcəyini vurğulayıb.

Tərəflər Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi və mühafizəsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatının əhəmiyyəti və tövsiyə olunan tədbirlərlə bağlı razılığa gəliblər.