Türkiyənin Şanlıurfa vilayətinin Göbeklitepe qəsəbəsi yaxınlığında 4 gün əvvəl torpağa yləşdirilmiş halda tapılan təxminən 3 metr hündürlüyündəki metal blok yerli sakinləri və hakimiyyət orqanlarını arasında həyacana səbəb olub. Blokun kim tərəfindən ora yerləşdirildiyini araşdırmaq üçün xüsusi qrup yaradılıb, jandarma blokun ətrafında keşik çəkib, ancaq blok qəfil peyda olduğu kimi qəfil də yoxa çıxıb. Bu gün kəndlilər blokun yerində olmadığını görüblər. Müəmmalı hadisə bir çox ABŞ və Avropa KİV-lərində də geniş işıqlandırılıb.
Göbeklitepe yaxınlığındakı buğda tarlasının yanına yerləşdirilmiş metal bloku 4 gün əvvəl kəndlilər aşkar ediblər. Və bu barədə jandarmaya xəbər veriblər. Blokun hündürlüyü 3 metr, eni 45 santimetr olub, üzərində qədim Göytürklərin əlifbası ilə “Göy üzünə bax, Ayı gör” sözləri yazılıb. Blokun kim və ya kimlər tərəfindən ora yerləşdirildiyini araşdırmaq üçün yerli hakimiyyət orqanları və jandarma araşdırma başladıb. Ətraf yollardakı təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb, kənd sakinlərindən bu yerlərdə naməlum şəxsləri görüb-görmədiklərini soruşublar. Lakin hər hansı ip ucuna rast gəlinməyib. Ətraf kəndlərdən, Şanlıurfadan, hətta qonşu Edirneden müəmmalı metal bloka tamaşa etməyə yüzlərlə sakin toplaşıb. Jandarma əməkdaşları mülki geyimdə ərazidə növbə tutublar.
Bu gün fevralın 9-da səhər açılanda kəndlilər bloku yerində görməyiblər, blokun hara aparıldığı müəmmalı olaraq qalıb. Onu kimin hansı məqsədlə ora yerləşdirdiyi də məlum olmayıb.