Şimali Koreya XİN Ukraynaya cavab verib

54

Ukraynanın keçmişdə ABŞ-ın qanunsuz, və ədalətsiz düşmənçi siyasətini dəstəklədikdən sonra bizim legitim addımlarımızla bağlı nə etiraz etməyə, nə də mübahisə etməyə haqqı çatır.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Şimali Koreyanın Xarici İşlər Nazirliyi qondarma “DXR” və “LXR” tanımasına görə Ukrayna tərəfinin etirazlarına cavab olaraq bildirib.

Xatırladaq ki, Şimali Koreya XİN başçısı Tsoy Son Hi qondarma “LXR” və “DXR”-a onların tanınması barədə məktub göndərib. Buna cavab olaraq, rəsmi Kiyev rəsmi Pxenyanla diplomatik münasibətləri kəsib.