Şimal Axını-2-yə imkan verməyəcəyik – ABŞ

3

ABŞ “Şimal axını 2” qaz kəmərinə qarşı fəaliyyəti Avropadakı tərəfdaşlarımız üçün sürpriz olmayacaq.

Elchi.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.

“Qarşılaşdığımız hər problem və ya imkanda biz müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx koordinasiya və konsultasiya aparmaq niyyətindəyik. Düşünürəm ki, bizim “Şimal axını 2” kontekstində edəcəklərimiz yaxın müttəfiqlərimiz üçün sürpriz olmayacaq”, – deyə o bildirib.