“Əhvaz ərəblərinə qarşı şah dövründə edilmiş haqsızlıqlara, repressiyalara cavab olaraq təşkilatlanmaları, mədəni və sosial haqlar uğrunda mübarizələrinin tədricən siyasiləşməsi barədə materaillara baxıram.
Maraqlıdır, çünki son illər o hərəkatla cənubi azərbaycanlıların hərəkatının müəyyən həmrəyliyi hiss olunur”.
Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında qeyd edib:
“Cənubi Azərbaycan şəhərlərində Əhvazla həmrəylik mitinqlırindən sonra ərəb mediasının- körfəz ölkələri KİV lərinin və Qərbdəki ərəbdilli medianın Cənubi Azərbaycan mövzusuna marağı birə beş artıb. Bu, müsbət haldır, azərbaycanlıların mədəni, siyasi haqları, bölünmüş xalq problemi, cənublu soydaşlarımızın Şimali Azərbaycanla mənəvi bağlılığı və s. haqda müzakirələrin artması Azərbaycan Respublikası dövlətinin də “yumşaq güc” imkanlarını artırır. Hərçənd bunu İranda gah Səudiyyənin xüsusi marağı, İsraillə anlaşması və s. kimi təqdim etmək cəhdləri də var.
Təəssüf ki, belə yanaşma yalnız İranda ETTELAAT- a, SEPAH- a bağlı media və ekspertlərdə deyil, bizdə də nadir rastlanan mövqe deyil. Bu günlər dostların xahişi ilə bir uzun mətnin(kitab da demək olar) redaktəsinə baxırdım. Mətnin Şərqlə bağlı fəsillərinin az qala yarısı bəluc və Əhvaz milli hərəkatlarının “ifşasına” həsr olunub. Əhvazlılar ellikcə V kolon, casus ordusu elan olunur. Həm də Səudiyyə və ya BƏƏ- nin yox, birbaşa Qərbin.
Mən, əlbəttə, qonşu dövlətdə hər hansı separatçı təşkilatı dəstəkləməyin əleyhinəyəm. Nəinki dəstəklənməsini, hər hansı separatçı qurumun adının belə bizim mediaya yol tapmasını arzuolunmaz hesab edirəm. Amma nəyinsə müqabilində SEPAH- ın “analitikliyini” edib, bütöv xalqı “V kolon, böyük İran mədəniyyətini dağıtmaq istəyən Qərb casusları” adlandırmağa da məcbur deyilsiniz axı. Bəyənmədiyiniz bədəvi ərəb sizin mədəni hərəkata empatiya ilə yanaşırsa, bir balaca da siz elə yanaşa bilməzmisiniz?”.
Yeganə