“Bu gün yayın son günüdür. Buna baxmayaraq, o sentyabr ayından da bir-neçə gün mənimsəmək niyyətindədir”.
Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, artıq sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq:
“Bu proses sentyabrın 5-8-də gözlənilir. Həmişə olduğu kimi, xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcədək aşağı enəcək.Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə yağışlar gözlənilir”.