Sentyabrda Zəngilanda ilk zəng çalınacaq

35

“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində ilk zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq”.

Elchi.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib.

Nazir Ağalıya qayıdışa görə ölkə başçısı İlham Əliyevə təşəkkür edib:

“Ağalı məktəbinə artıq direktor təyinatı olub. Müəllimlərin seçiminə gəlincə, köç prosesinin başa çatmasını gözləyirik. Çünki bilməliyik ki, məktəbdə nə qədər şagird tədris alacaq. Sevindirici fakt odur ki, müəllim sayı kifayət qədərdir”.