Sensasion AÇIQLAMA: “Ukrayna krizi Rusiyanı bundan məhrum etdi…”

90

“Azərbaycanın regionda 2020-ci il 44 günkük müharibə ilə yaratdığı reallıqların ümumilikdə postsovet məkanının gələcəyinə yön verdiyi şübhəsizdir. Bu müharibədə qələbə çalmaqla ən əsas Rusiyanın regionda mövcud olan hegemonluq strereotiplərini sındıran Azərbaycan bu dövrdən sonra, əslində hücum və əldə olunanları daha da irəli daşımaq siyasəti apardı. Hətta hesab etdiyimiz kimi “Avrasiya” birliyinə bizi Rusiya cəlb etmək istəyir kimi fikirlərin belə əksi olduğu gerçəyi ilə üzləşirik”.

Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib:

“Məsələ ondadır ki, Rusiya Ukrayna işğalı ilə əlaqəli düşdüyü çıxılmaz duruma görə: “Mənimlə kimsənin işi olmasın, mən öz dərdimlə məşğulam və kimsəyə də dəstək olmaq gücündə deyiləm” vəziyyətindədir. Bu, rus siyasi icmalçılarının dediyi fikirlərdir. Məlum olur ki, “Avrasiya” birliyinə Azərbaycanın daxil olmasını Rusiya əngəlləyir. Rusiya fikirləşir ki, Azərbaycan Qazaxıstan və Qırğızıstanla birləşib, “Avrasiya” birliyində türk hegemonluğu yaradacaqlar ki, bu da Rusiyanın maraqlarına ziddir. O da məlum olur ki, Azərbaycan əvvəl iddia etdiyimiz kimi bu birliyə daxil olmaqdan imtina yox, əksinə “Avrasiya” birliyinə daxil olmaq üçün fəaliyyətdədir. Rusiya bunun arxasında Türkiyənin də olduğunu yaxşı başa düşür. Rusiya tərəfi hal-hazırda qeyd edir ki, “Avrasiya” birliyində hansı tərəf aktivlik göstərəcəksə, o da bu birlikdə katalizator rolu oynayacaq, söz sahibi olacaq və bu “uzanmış odundan”, yəni Rusiyadan daha çox mümkün olan maksimun xeyir əldə edə biləcəklər. Bu, normal haldır. Rusiyadan istifadə edirlər. Burda heç bir qeyri-təbii vəziyyət yoxdur.
Azərbaycan və Qazaxıstan burda öz milli maraqlarından çıxış edir və çoxvektorlu siyasət yürüdürlər. Çoxvektorlu siyasət isə bu və ya digər şəkildə maraq doğuran müxtəlif ölkələrlə diferensasiya olunmuş siyasət yürütməkdir. Azərbaycan burda çox səviyyəli şəkildə, Rusiya ilə olan müxtəlif səviyyəli münasibətləri əldə rəhbər edib, Rusiyadan istifadə edir. Burda Rusiyaya qarşı və ya ondan qorxmaq kimi heç bir hərəkət yoxdur. Bu isə normal haldır.
Ukrayna krizi Rusiyanı “Avrasiya” birliyində liderlikdən məhrum etdi. Türk birliyi bundan maksimum istifadə etməlidir”.

Yeganə