Seçkidə uduzan Baş nazir istefa verdi

38

İsveçin Baş naziri Maqdalena Andersson vəzifəsindən istefa verib.

Elchi.az AFP-yə istinadən xəbər verir ki, onun istefasına səbəb parlament seçkilərində məğlub olmasıdır.

Seçkilərin nəticələrinə əsasən, ən çox səs toplayan partiya hökuməti qurmağa çalışacaq.

Qeyd edək ki, Andersson 2021-ci ilin noyabr ayında baş nazir seçilmişdi.