Bu gün keçirilən bələdiyyə seçkilərində artıq bəzi neqativ hallar qeydə alınıb. Ölkə mətbuatında “12 saylı məntəqə”də jurnalistin toplu bülleten atılmasını lentə almasından sonra ona qarşı zor tətbiq edilməsini əks etdirən süjet yayımlanıb. “Elchi.az” özəl mənbələrdən jurnalistə qarşı aqressiv davranan xanımın kimliyini öyrənə bilib. Məlum olub ki, həmin şəxs Hacıyeva Əfruz Sadıq qızıdır. O, Şəfiqə Əfəndizadə adına 13№-li tam orta məktəbdə işləyir. 2009-cu ildə Gənclər və İdman Nazirliyi Hacıyeva Əfruzu Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görüb.
“Elchi.az” bu gün seçki günü yayılan həmin videonu da sizə təqdim edir: