“Seçicilərin razılığı vacibdir, yoxsa ciddi gərginlik yaranar” – MSK sədri

38

“Dairə seçki komissiyalarının sərhədlərini dəyişəndə bəzi problemlər meydana çıxır”.

Elchi.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, mümkün qədər tez zamanda dairə seçki komissiyalarının sərhədinin dəyişməsinə çalışılır:

“Bəzi dairə seçki komissiyalarının sərhədlərini dəyişməyə məcburuq. Yerlərdə gərginlik yaranmamasına çalışmalıyıq. Seçicilərin razılığı və rahat olması vacibdir. Çünki başqa mənzərə yarana, ciddi gərginliyə səbəb ola bilər”.