Saxta diplomlu müəllimlər də sertifikasiya ala biləcək

4

Diplomu dövlət nümunəli olmayan müəllimlər də sertifikasiya imtahanına buraxılacaqlar.

Elchi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlandırma tədbirində bildirilib.

Qeyd edilib ki, orta təhsil müəssisələrində müddətsiz müqavilə ilə çalışan şəxslər sertifikasiya imtahanlarına buraxılırlar. Dövlət nümunəli diplomu olmayan müəllimlər əgər təhsil müəssisəsində müddətsiz müqavilə ilə çalışırlarsa, sertifikasiyadan keçə bilərlər.