Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Resublikasının Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda telefonla danışıb.
Elchi.az-ın xəbərinə görə, Şarl Mişel bu barədə özünün “Twitter“ hesabındakı paylaşımında qeyd edib.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana regiondakı ən son hadisələrlə bağlı ayrı-ayrılıqda telefon zənglərim oldu. De-eskalasiya və kommunikasiyaların açılmasının təmin edilməsi üçün birgə işləyirik”, – deyə Şarl Mişel qeyd edib.
Əlavə edib ki, liderlərin Brüsseldə keçiriləcək növbəti görüşü ərəfəsində dialoqun davam etdirilməsi və gündəlikdəki bütün məsələlərlə bağlı konkret tərəqqiyə nail olunması əsas məsələdir.
Ş.Mişel Aİ-nin buna sadiq olduğunu vurğulayıb.