Şairənin həbs edilməsi iddiaları ilə bağlı AÇIQLAMA

67

Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Elchi.az-a bildirilib ki, yayılan iddialar əsassızdır:

“Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna müvafiq şəkildə portalda qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edib”.