BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin 50 yaşı tamam oldu.
Bəli, Qüdrət bəy yüksək intellektli, prinsipial və qətiyyətli biridir.
Bütün bunlarla yanaşı, onda mənim diqqətimi ən çox çəkən güvənilən, güvənc doğuran adam olmasıdır. Ona güvən də elə partiyasının adındakı kimi bütövlüyündən doğrur.
Xarakteri bütövdür, dostluqda bütövdür, işində bütövdür, yolunda bütövdür!
Qüdrət bəy müxalifət partiyasının lideri kimi indiyədək atdığı addımlarla göstərib ki, pərəstiş etdiyi bir ölkə, hamıdan ucada gördüyü bir dövlət var, onun da adı Azərbaycandır.
Mənim 50 yaşını qeyd edən həmkarıma sayğım da ilk növbədə bundan – Bütöv Azərbaycançı olmasından qaynaqlanır.
Bu yubiley günüdə Qüdrət bəyi təbrik edir, ona cansağlığı və uğurlar arzulayıram!
Dərin hörmətlə,
Sahib ALIYEV