Hər bir millətin bayrağı onun milli kimliyinin , dilinin, mədəniyyətinin , bir sözlə milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki , millət onda öz keçmişini , bu gününü görür . Başımız üzərində dalğalanan üç rəngli bayrağamız fəxrimiz ,qürur mənbəyimizdir. Dahi şair Bəxtiyar Vahabzadənin öz şeirində dediyi kimi
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Lakin Sabirabadın mərkəzində dalğalanan cırıq bayrağı görəndə adamı məyusluq hissi bürüyür. Rayonda səfərdə olan əməkdaşımız bu mənzərəyə laqeyd qalmayaraq gördüyünüz kadrları lentə alıb. Görünür bu hal rayon icra hakimiyyəti və digər rəsmi qurumların diqqətini çəkmir.
BTV-nin əməkdaşları məsələyə aydınlıq gətirmək məqsədilə Sabirabad rayon icra hakimiyyətilə əlaqə saxlamağa çalışıb. Lakin cəhdləri boşa çıxıb.
Qeyd edək ki , Sabirabad rayonunun mərkəzində, Heydər Əliyev prospektində yerləşən “Bayraq meydanı” nda dalğalanan Azərbaycan Bayrağı hündürlüyünə görə respublikada 3-cü yerdədir.