Sabahın hava proqnozu açıqlanıb

50

İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 8-13° isti, gündüz 23-28° isti olacaq.