Sabah Sumqayıtda qaz olmayacaq

39
Gas, Flamme, Gasflamme, Erdgas, Energie, Herd, blau, Küche, kochen

Sabah Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Elchi.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Şəhər qazı-4 (Sumqayıt)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, sentyabrın 13-də saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.