Sabah bu rayonda qaz olmayacaq

37

Sabah Ağstafa rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Elchi.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.