Saakaşvili üçün ABŞ-dan mütəxəssis gəldi – Foto

50

Amerikalı tibb eksperti Erik Qoldsmit Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini ziyarət etmək üçün “Vivamed” klinikasına gəlib.
O, hələki media nümayəndələrinə açıqlama verməyib.
Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin sözlərinə görə, yaxın bir neçə saat ərzində Gürcüstana isveçrəli ekspert də gələcək və növbəti günlərdə daha iki amerikalı tibb eksperti gözlənilir. Xarici tibb ekspertləri Mixail Saakaşvilini “Vivamed” klinikasında ziyarət edəcək və ən azı 3 gün Gürcüstanda qalacaqlar. Yaxın günlərdə onlar “Empatiya” mərkəzinin nümayəndələri və Saakaşvilinin ailə üzvləri ilə görüş planlaşdırıblar.
Qeyd edək ki, xarici tibb ekspertlərinin məqsədi gürcü ekspertlərlə birgə iş prosesinə qoşulmaq və yekunda Mixail Saakaşvilinin səhhəti ilə bağlı məhkəməyə təqdim edilməli olan tibbi rəy yazmaqdır.