Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili müalicə alması üçün həbsxanadan klinikaya köçürülür.
Gürcüstan yerli mətbuatı xəbər verir ki, sabiq Prezidentin 12 saylı Rustavi cəzaçəkmə müəssisəsindən “Vivamedi” klinikasına köçürülməsinə başlanılıb.
Məlumata görə sabiq Prezidentin olduğu ehtimal edilən penitensiar avtomobillər bir neçə dəqiqə öncə həbsxanadan yola düşüblər.
Eyni zamanda M. Saakaşvilinin yerləşdiriləcəyi “Vivamedi” klinikasındakı bir hissəsinin sarı lentlə əhatəyə alındığı qeyd olunub.
Rusiya və Ukrayna üzbəüz danışıqlar apardı
Ombudsman Lvova-Belova: Rusiya Federasiyası və Ukrayna uşaqlarla bağlı üzbəüz danışıqlar aparıb. Elchi.az xəbər verir ki, Ombudsman Mariya Lvova-Belova bildirib ki, Qətərin vasitəçiliyi...