Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Qoridəki hərbi hospitaldan Tiflis şəhər məhkəməsinə gətirilib.
Elchi.az xəbər verir ki, bu barədə “Pirveli” telekanalı məlumat yayıb.
“Bu dəqiqələrdə Saakaşvilini şəhər məhkəməsinə gətirdilər. Dəqiq deyə bilərik ki, Saakaşvili xalq qarşısında çıxış edəcək”, – telekanaldan bildirilib.
Saakaşvilinin məhkəməsi saat 11:00-da başlayacaq.