Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr 2023-cü ili “Turizm ili” elan ediblər.
Elchi.az xəbər verir ki, bu barədə təşkilatın Səmərqənddə keçirilən sammitinin yekunlarına dair bəyanatda deyilir.
“ŞƏT məkanında turizm sənayesini dəstəkləmək və şəhər və rayonların turistik cəlbediciliyini artırmaq məqsədilə üzv dövlətlər 2023-cü ilin ŞƏT-in “Turizm ili” elan edilməsi barədə razılığa gəliblər”, – sənəddə bildirilir.
Həmçinin Hindistanın Varanasi şəhəri 2022-2023-cü illər üçün təşkilatın “Turizm və mədəniyyət paytaxtı” elan edilib.
Çin 100 milyon ton neft ehtiyatı aşkar edib
Çinin milli neft şirkəti ölkənin şimal ucunda, Koreya yarımadasının qərbində yerləşən Bohay dənizində 100 milyon ton neft ehtiyatının aşkar edildiyini...