“Əminəm ki, Papanın sözləri bir çox türkün ürəyinə və ağlına toxunacaq”. Bu açıqlama ilə Ermənistan Prezidenti Serj Sərkisyan çıxış edib. O, Roma Papasının qondarma erməni soyqırımını tanımasına münasibət bildirib:
“Mən türk hökumətini türk xalqından ayrı tuturam. Əminəm ki, Papanın sözləri bir çox türkün ürəyinə və ağlına toxunacaq, ermənilərə qarşı törədilən soyqırımı yenidən düşünmələrinə, tarixin yükündən xilas olmalarına vəsilə olacaqdır”.
Qeyd edək ki, ötən gün Roma Papası Fransisk Vatikanda keçirilən mərasimdə “əsrin ilk soyqırımı ermənilərə qarşı həyata keçirildi” demişdi. (axar.az)