“Moskvada Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan arasında sərhədlərin delimitasiya və demarkasiyasi komissiyasının birgə görüşü keçirilib. Danışıqlarda Rusiyanin Baş nazirinin müavini Overçuk da iştirak edib”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə FB hesabında bildirib:
“Demək olar ki, Moskva görüşündə real nəticə əldə edilmədi. Amma, növbəti görüşün vaxtını təyin etmək olunub. Təbii ki, Moskvada keçirilən görüşdə hərhansı bir müsbət nəticənin olacağı sensasiya ola bilərdi. Sadəcə, Moskva görüşü sadəcə “görüş” kimi xarakterizə etmək olar.
Tərəflərin növbəti görüşü Brüsseldə keçiriləcək. Sərhəd komissiyanın Brüsseldə görüşündə müəyyən razılığa gəlinməsi mümkündür. Əsasən, bu görüşdə Azərbaycan anklav kəndlərin qaytarılmasını və sərhədlərin Ermənistan tərəfindən qəbul edilməsində maraqlıdır.
Qeyd edim ki, sərhədlərin delimitasiya və demarkasiyasi üzrə komissiyanın iclasında əsas məsələ təbii ki, Azərbaycanın Ermənistanın işğalında olan Qazaxın bir neçə kəndinin qaytarılmasıdır. Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşündə ciddi nəticə olacaqsa, xüsusilə, sülh müqaviləsinin bağlanması üçün işçi qrupunun yaradılması razılaşarsa, sərhədlərlə bağlı proseslər müsbət istiqamətdə davam edəcək.
Bu ilin axırına kimi Azərbaycan üçün əsas prinsipial məsələ bir neçə irəliləyişə nail olmaqdır. Birinci, Qarabağda silahlı erməni birləşmələrinin ləğvi. İkinci, Qazaxın kəndlərinin geri qaytarılması fonunda sərhədlərin delimitasiya və demarkasiyasinda ciddi irəliləyiş əldə etmək. Üçüncü, sülh müqaviləsinin bağlanması üçün işçi qrupunun yaradılması. Dördüncü, Ermənistan Qarabağ məsələsindən tam geri çəkilərək ermənilərin maliyyələşdirilməsinə son vermək.
Azərbaycan ilin axırına kimi bir neçə istiqamətdə irəliləyişə nail olacaq. Tərəflər delimitasiya və demarkasiya üzrə danışıqları Moskvada davam etsə də, Brüsseldə razılığa gəlinəcək.
Brüssel görüşü Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün əsas platformadır. Rusiyanın Ukraynada hərbi uğursuzluğu fonunda Azərbaycan və Ermənistan arasında razılaşmaların əldə edilməsi üçün münbit şərait yaradır”.
Yeganə