Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod bölgəsindəki Timonovo kəndi yaxınlığında sursat anbarı yanıb.
Elchi.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində itki yoxdur. Rayon rəhbərliyi kənd sakinlərini təxliyə edib.
Yanğının səbəbi müəyyənləşdirilir.