S”Amerikanın regiona təyin etdiyi nümayəndəsi bir neçə gündür ki, İrəvandadır. Amerika onu Minsk qrupunun yəni həmsədri kimi regiona göndərib. Azərbaycan isə bunu qəbul etmir, problem yoxdur deyir. Əgər problem yoxdursa, həmsədrlərə də ehtiyac yoxdur”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov FB hesabında bildirib:
“Buna cavab olaraq sərhəddə geniş miqyaslı hərbi münaqişə törədilir. Səbəb açıq ortadadır. Münaqişənin bitmədiyini göstərmək. Böyük ehtimalla, sabah, ya biri gün həmin həmsədr Bakıya gələcək. Əlində də müharibənin bitmədiyini sübut edən bu gərginlik sübutları ilə.
Bu fikri Azərbaycana qəbul etdirmək üçün xırda insidentlərin effektivliyi yox dərəcəsində olduğu üçün belə geniş təxribat törədilib ki, danışıqlarda Azərbaycan tərəfinin onların təkliflətini qəbul etməsi üçün əsas olsun. Amerika və Ermənistanın bu təxribatın nəticələrinin Ermənistan üçün ağır olacağını bilsələr də, buna getməyə məcbur idilər. Tək bu yolla prosesi uzatmaq olardı ki, buna da getdilər.
Azərbaycan hələ 44 günlük müharibədə belə Ermənistan ərazilərini bu intensivlikdə atəşə tutmamışdı. Amma bu dəfə məcbur bunu etdi.
Ermənistanın müxtəlif təşkilatlara müraciət edəcəyi şübhəsizdir. KTMT-nin reaksiya verəcəyi müəmmalıdır, ancaq bəyanat ola bilər, eləcə də digərləri. Əslində məqsəd münaqişənin hələ qaldığını göstərmək idi, ona da nail oldular. Biz istəsək də deyə bilmərik ki, münaqişə bitib. Fakt göz önündədir.
Amerikanın Azərbaycana təzyiq üçün ciddi bəyanatla çıxış edəcəyini gözləmək olar”.
Yeganə