Sərhəd pozucuları ilə atışmada bir sərhədçi yaralandı

181
SHARES
317
VIEWS

>

Bunu da oxuyun

Cəlilabadda sərhədi pozan şəxslərlə sərhədçilər arasında atışma olub.

APA-nın cənub bürosunun məlumatına görə, sərhədçilər “Dayan!” əmrinə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstəriblər.

Atışma zamanı bir sərhədçi yaralanıb.

Yaralanan sərhədçi – Balakən rayonundan hərbi xidmətə çağırılmış Ramazan Məmməd oğlu Krupov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir neçə güllə yarası alan R. Krupov üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Reanimasiya şöbəsində müalicəsi davam etdirilən hərbçi qulluqçunun həyatı təhlükəsi olmasa da, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Sərhəd pozucularının aqibəti barədə hələlik məlumat verilmir.

Bənzər yazılar

Next Post

Son xəbərlər