“Ermənistan özünü tələyə salaraq ya sülh, ya müharibə arasında seçim etməlidir”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov FB hesabında bildirib:
“Ehtimal edirəm ki, Səmərqənddə vacib razılıq bir daha təsdiqləndi. Ermənistanın Baş nazirinə dünən gecə bununla bağlı bir daha məlumat verilib. Ermənistan ya Qarabağı Azərbaycan ərazisi kimi tanıyaraq sülh müqaviləsi imzalayır, öhdəliklərini yerinə yetirir, ya da demarkasiya olmadığından 1920 -ci ilin 30 noyabrına qədərki sərhədləri bərpa edəcəyik .
İsterikada olan Nikol, Makron və Blinken ilə bu məsələni bir daha müzakirə edib. Fransa və ABŞ, İran isə biryerdə mövcud durumdan narazıdırlar”.
Yeganə