“COVID-19 virusunun yayılması halları yenidən artıb. Çox güman ki, bu hal gedərək daha da kəskinləşəcək”.
Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, yeni ştammlar da mövcuddur ki, bu ştammların yeni versiyalarının yayılması insanlarda tədricən yaranan immuniteti rahatlıqla məhv edir.
“Hətta bu ilin əvvəlində Omicron ştammına yoluxan şəxslər yenidən mutasiyaya uğrayan ştammlara yoluxa bilərlər”, – Təyyar Eyvazov vurğulayıb.