Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur.
Elchi.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould Tvitterdə yazıb.
O bildirib ki, Azərbaycan qazını Avropaya daşıyan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsindən məmnundur:
“Bu, Şərqi Avropanın enerji xəritəsində yeni başlanğıcdır! Bizim yaxın enerji tərəfdaşımız olan Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur”.