Səudiyyə Ərəbistanı 9 ölkə ilə təyyarə və gəmi səfərlərini dayandırdı

0

Səudiyyə Ərəbistanı koronavirusa qarşı mübarizə çərçivəsində 9 ölkə ilə təyyarə və gəmi səfərlərini müvəqqəti olaraq dayandırıb.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Bildirilib ki, hökumət Səudiyyə Ərəbistanı təbəələrinin Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Bəhreyn, Livan, Suriya, Cənubi Koreya, Misir, İtaliya və İraqa, eləcə də ölkə vətəndaşlarının krallığa səfərlərini müvəqqəti olaraq dayandırıb.

Məlumata görə, son 14 gündə həmin ölkələrdə olanların Səudiyyə Ərəbistanına girişi təxirə salınıb. BƏƏ, Küveyt və Bəhreyndən quru yolu ilə gələnlərə bu qadağa şamil edilməyəcək.