Sərxoş vəziyyətdə törədilən yol qəzalarının sayı açıqlandı

0

Bu ilin yanvar-iyun aylarında baş verən bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Elçhi.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 82,2 faizini, yaralananların isə 74,2faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 10hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 11 nəfər yaralanıb. Hadisələrin 70 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.