Sərkisyanın bloku mesaj verdi: Parlamentə gedir…

5

“Şərəf Duyuram” bloku oarlamentə gedib-getməmək qərarını Konstitusiya Məhkəməsinin seçkilərin nəticələri ilə bağlı mövqeyindən sonra müəyyənləşdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında blokun siyahısındakı birinci – baş nazirliyə namizəd şəxs Artur Vanetsyan deyib.

“Əgər blok mandatı qəbul etməklə bağlı qərar qəbul etsə, mən öz komandamı tək qoymayacam. Parlamentə gedəcəm və mübarizə orda davam edəcək”, – Vanetsyan bildirib.

A.Vanetsyan onu da qeyd edib ki, mandatdan imtina parlamentin fəaliyyətinə heç bir hüquqi təsir göstərməyəcək:

“Biz mandatdan imtina etsək də parlament yeni tərkibdə fəaliyyət göstərə biləcək”.

Qeyd edək ki, 20 iyunda keçirilən seçkilərdə Nikol Paşinyanın partiyası 53,92 faiz səslə qalib gəlib. Bu isə Paşinyana hökuməti təkbaşına formalaşdırmağa imkan verir.

Onun əsas rəqibi R.Köçəryanın “Ermənistan” bloku 21,04, S.Sərkisyanın “Şərəf Duyuram” bloku isə 5,23 faiz səs toplayıb.

Seçkiyə qatılan 21 partiya və 4 blokdan yalnız bu 3 qüvvə parlamentə düşüb, digərləri baryeri aşa bilməyib.