Sərhəddə toqquşma: Roma Papası dua etməyə çağırdı

36

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında gərginliyin sülh yolu ilə tənzimlənməsi üçün hər kəsi dua etməyə çağırıb.

Elchi.az xəbər verir ki, bu barədə Papa Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən mərasimdə çıxışı zamanı deyib.

“Narahatlıqla öyrəndim ki, bu saatlarda Qafqaz regionunda yeni gərginlik ocaqları alovlanıb. Hər kəsi sülh üçün dua etməyə çağırıram. Dua edək ki, razılaşma fitnədən üstün olsun”, – o bildirib.

Qeyd edək ki, Roma Papası Fransisk Qazaxıstanda səfərdədir. O, Dünya və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayında iştirak edir.