Sərhəddə genişmiqyaslı döyüşlər: Azərbaycanın ərazi nailiyyətləri, təhlükəsizlik zonası tələbləri və proqnozlar – TƏHLİL

44

“Azərbaycan-Ermənistan sərhədində baş verən şiddətli toqquşmaların səbəblərinə sırf hərb parametrləri ilə yanaşanda və yayılan videoları analiz edəndə ortaya aydın bir mənzərə çıxır: Təxibatları məhz Ermənistan başlayıb.
Videolardan görünür ki, Ermənistan sərhədə qoşun cəmləşdirir, döyüş mövqelərini gücləndirir və bununla təxribatların növbəti müəllifinə çevrilmək cəhdini meydana qoyur”.

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:

“Ermənistanın təxribatlarının hərbi xüsusiyyətlərinin perspektiv üçün aça biləcəyi təhdid fonu Azərbaycan üçün qəbuledilməz idi, çünki sərhəddən başlanan təhlükə sonradan daxildə əlavə risklər formalaşdıracaqdı.
Dövlət sərhədinin hərbi birləşmələr və silahlı dəstələr tərəfindən pozulması, sərhəd mübahisələri və ya münaqişələrinin kəskinləşməsi ölkəni təhdid edən elementlərdir.
Azərbaycan buna görə də, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına təhdid ola biləcək hərəkətlərə silahlı müdafiə potensialı ilə cavab vermək zərurəti ilə qarşılaşdı.
Azərbaycanın erməni provakasiyalarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla real və potensial təhdidlərin silah gücü ilə dəf edilməsinin, sərhədlərin Azərbaycan əleyhinə dəyişdirilməsi cəhdlərinə hərb variantı ilə cavab verilməsi örnəyini ortaya qoydu. Bu, Ermənistanın mənəvi və fiziki himayədarı olan ölkələrə də tutarlı bir mesajdır və onlar da dərs çıxarmalıdır.
Azərbaycan 7 saat davam edən hərbi əməliyyatlarda 50 şəhid verib, Ermənistanın itkiləri isə bütün parametlərə görə dəfələrlə çoxdur.
Ermənistanın döyüş mövqeləri, sığınacaqları, xeyli sayda hərbi texnikası, 200-ə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib.
Ermənistan sərhəd zonasına S-300 hava hücumundan müdafiə sistemləri də yerləşdirmişdi, bunun özü də onun əlamətidir ki, ermənilər döyüş planı hazırlayıb və onu icra etməyə girişiblər, gözlənilən mümkün raket zərbələri zamanı isə həmin müdafiə sistemlərini işə salacaqdılar.
Ancaq Azərbaycan həmin sistemləri də dəqiq zərbələrlə sıradan çıxardı və bütün bunlar sonrakı eşalon üçün Ordumuzun irəliləməsini sürətləndirdi.
Əməliyyatların keçirildiyi Laçın, Kəlbəcər, Daşkəsən mürəkkəb dağ relyefinə malikdir, bu zonada irəliləyiş də çətindir, lakin ordumuz bunu bacardı və Azərbaycanın aktivinə ərazi nailiyyətlərini də yazdı.
Beləliklə:

Azərbaycan həmin bölgələrdən Ermənistanın içərilərinə doğru bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Bununla da Ermənistan Azərbaycana real təhlükə yarada mənbələrin bir neçəsindən də məhrum oldu;.

Azərbaycan Ordusu 100 kvadratkilometr ərazini azad edib və bunu delimitasiya kontekstinə salacaq;

Azərbaycan hərbçiləri erməni hərbi-siyasi elitasının kurort məkanına çevrilmiş İstisu sanatoriyasına çox yaxın məsafədədirlər;

İrəvan-Gorus magistral yolu Azərbaycanın atəş nəzarəti altındadır.
PROQNOZLAR:
Azərbaycan təhlükəsizlik zolağı yaradacaq, yəqin ki, indi bununla bağlı danışıqlar gedir, nəticədə isə Azərbaycanın Ermənistan nüfuz dairəsi yaranır.
İrəvan-Gorus yolunun nəzarətə götürülməsi Ermənistan üzərində hərbi-siyasi təsirlərlə yanaşı, iqtisadi təzyiqləri də artıracaq. Çünki Ermənistanın daxili təminat arteriyası kəsiləcək.
Bu, Azərbaycanın bufer zonaya dair tələblərinin icra edilməsini asanlaşdıracaq.
Bu, Azərbaycanın Ermənistan magistrallarında ikinci nəzarət zonasını (birinci Gorus-Qafan yolunun 21 kilometrlik hissəsidir) ərsəyə gətirəcək.
Azərbaycan təhlükəsizlik zonasını sərhəddən çıxararaq Ermənistanın dərinliklərində bərqərar edəcək”.