Sərhəddə atışma: daha bir erməni əsgər yaralandı

2

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində ermənilərin atəşkəs rejimini pozmasına Ordumuzun verdiyi cavab nəticəsində hələlik bir ermənininin yaralandığı açıqlanıb.

Bu barədə Ermənistan MN açıqlama yayıb.

Düşmən atışmanın səhər saatlarında (8:40) olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan MN bu gecə saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Xatırladaq ki, ötən gün baş verən atışmada 3 erməni əsgər məhv edilmiş, 5-i yaralanmışdı.