Səlim Müslümov: “Kim bacarmırsa, yol açıqdır, gedə bilər”

43

Ölkədə əlilliyin elektron sistemləşdirilməsi artıq başa çatıb. 38 regional Tibbi Sosial Ekspert Komissiyası artıqselim_muslumo_c_gdsed prosesi elektron formada həyata keçirir. APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ilin sonuna qədər kağız daşıyıcılarının istifadəsinə son veriləcək: “Bu sahəyə nəzarət edən nazir müavinlərinin birinin kabinetində böyük monitor-ekran quraşdırılıb. Dünən iki regional tibbi-sosial ekspert komissiyasından məlumatların daxil edilmədiyi məlum olub. Ancaq hər gün bu proses gedir. Biz bütün TSEK əməkşdalarına treninq keçmişik. Onların hər biri elektron imza ilə təmin olunub, işləmək bacarıqları var. Kİm ki, elektron sistemlə işləmək istəmirsə, bacarmırsa, yol açıqdır, gedə bilər”.

 

Nazir deyib ki, Qarabağ müharibəsi əlilliyi adından istifadə edən şəxslər var. Bunun qarşısını almaq, həmçinin onların sosial müdafiə problemlərini nəzarətdə saxlamaq üçün hər birinə və ailə üzvlərinə gələn aydan sosial müdafiə pasportu veriləcək: “Qarabağ müharibəsi əlili çox böyük statusdur. Vətənin müdafiəsi uğurunda canını vermiş şəxsdir və buna böyük ehtriam var”.

 

Əmək müqavilələrinin elektronlaşmasından danışan nazir bildirib ki, sistemə  (EİS) 550 əmək müqaviləsi bildirişi daxil olub. Onun sözlərinə görə, gün ərzində 25-30 min qeydiyyatın aparılması davam edərsə, proses yaxın vaxtlarda yekunlaşacaq.

 

Bakıda Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfransda çıxış edən Səlim Müslümov bilirib ki, ölkəmizlə AŞ arasında əlaqələrin daim inkişaf etdiyini, 2001-ci ildən Şuranın üzvü olan ölkəmizin indiyədək təşkilatın insan hüquqları ilə bağlı 60-a yaxın konvensiyasını ratifikasiya etdiyini qeyd edib.