“Şəhid bacısı” adı ilə pul toplayan şəxs tutuldu

52

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O törətdiyi əməli etiraf edib.

Araşdırmalar davam etdirilir.