Rusların ən güclü qruplaşmasına zərbə vuruldu

53

Ukrayna Silahlı Qüvvələri son vaxtlara qədər Rusiya ordusunun bütün bölmələri arasında ən güclüsü olan İzyum istiqamətindəki qruplaşmasının tədarükü üçün təhlükə yaradıb.

Elchi.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Kuzan deyib.

“Bir ay əvvəl rus qoşunları arasında ən güclü bölmə kimi tanınan İzyum qruplaşması qüvvələrimiz tərəfindən ciddi problemlə üzləşib. Hərbçilərimiz onların hərbi təchizat üçün birbaşa təhlükə yaradıb. Ordumuz dəmir yolu qovşağının yerləşdiyi Kupyanskda və Ukraynanın təchizat marşrutu olan Xarkov istiqamətində uğurla fəaliyyət göstərir. Bu istiqamətdə tədarük üçün əsas marşrut dəmir yoludur, çünki qruplaşmanın yanacaq, döyüş sursatı, avadanlıq və işçi qüvvəsinə ehtiyacı var”, – Kuzan deyib.